14:14
1 582
Ermənistan baş naziri Nikol Paşinyan açıq şəkildə deyir ki, "sülh müqaviləsinin imzalanması hökumətin gündəliyindədir və bu, seçkilərdən əvvəl baş verməlidir" Paşinyanın parlament seçkilərinə qədər sülh müqaviləsini imzalamaq cəhdi və tələskənliyi, onun, bugünkü siyasi durumu ilə bağlıdır. Bu kontekstdə xarici amillərə və xüsusilə də seçkiqabağı daxili amillərlə əlaqəlidir. Əlbəttə, Paşinyan və onun partiyası üçün bu amil, seçicilərlin gözündə uğur kimi görünəcəyini düşünürlər. Çünki, uzun illər davam edən konfliktin, nəhayət ki, sona çatması seçici dəstəyini artırmaq üçün əsaslı potensialdır. Bilirsiniz ki sülh sazişinin mətninə dair danışıqlar keçən ilin mart ayında yekunlaşıb və bu səbəbdən də Paşinyanın dediyi kimi sülh sazişinin imzalanmasına vaxt baxımdan maneə yoxdur.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Amma, sülh müqaviləsinin imzalanması üçün Bakının şərtləri mövcuddur və xüsusilə də Ermənistan Konstitutsiyasındakı ərazi iddialarının aradan qaldırılması ilə bağlı şərtlər yekun sülh müqaviləsinin imzalanması üçün maneədir. Konstitusiyada dəyişikliyin edilməsi üçün parlamentin dəstəyi vacibdir və baş nazir Paşinyan və onun partiyası bunu təmin etməklə seçkidən öncə yüksək reytinq əldə edəcəklərinə inanırlar. Çünki, sülh sazişinin imzalanmasından sonra iki ölkə arasında bir çox maneələr aradan qalxacaq və xüsusilə də Ermənistan üçün iqtisadi və diplomatik baxımından yeni qapılar açılacaq və regional nəqliyyat layihələrinə qoşulması üçün maneələr aradan qalxacaq" - politoloq deyib.
O, qeyd edib ki, ABŞ və digər beynəlxalq oyunçular sülh müqaviləsini dəstəkləyir və bu Ermənistanın xarici siyasətində prioritetə çevrilib. Bu amil Ermənistan üçün çox vacib məsələdir. Sülh sazişindən sonra Ermənistanın Rusiyadan asılılığı azalacaq və Qərbə inteqrasiyanı daha da inkişaf etdirmək imkanları çoxalacaq.
Bu baxımdan Ermənistan üçün sülh sazişinin böyük əhəmiyyəti var və Ermənistan Konstitusiyasında dəyişiklik etmək və siyasi tarazlığı təmin etmək üçün parlament dəstəyini möhkəmləndirir, desək daha doğru olardı".
Cavid