11:23
987
İsrail Baş naziri Benyamin Netanyahunun Qərbi Qüdsdə yerləşən ofisinə şübhəli paket səbəbilə bomba zərərsizləşdirmə qrupları göndərilib.
Xalqcebhesi.az xəbər verir ki, İsrailin "Maariv" qəzetinin məlumatına görə, qısa müddət əvvəl Netanyahunun ofisinə şübhəli paket göndərilib. Paketlə bağlı xəbərdarlıq daxil olduqdan sonra Qərbi Qüdsdəki ofisə kriminalistlər və bomba zərərsizləşdirmə mütəxəssisləri cəlb olunub.
Digər tərəfdən, Netanyahunun iqamətgahının yerləşdiyi şimaldakı Qeysəriyyə şəhərində bu gün polis, İsrail ordusu, yanğınsöndürənlər və “Qırmızı Davud Ulduzu” xilasedici xidmətinin iştirakı ilə genişmiqyaslı fövqəladə vəziyyət təlimi keçiriləcəyi bildirilib.
Təlim zamanı bölgədə təhlükəsizlik qüvvələrinin, təcili yardım maşınlarının, helikopterlərin və pilotsuz uçuş aparatlarının intensiv hərəkətinin olacağı qeyd olunub.
Məryəm Quliyeva