Tokayev ABŞ-da keçiriləcək ilk Sülh Şurasının iclasında iştirak edəcək Gündəm

Tokayev ABŞ-da keçiriləcək ilk Sülh Şurasının iclasında iştirak edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 18–19 fevral tarixlərində işgüzar səfərlə Vaşinqtona gedəcək və burada Qəzza üzrə Sülh Şurasının ilk iclasında iştirak edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat verib.

“Məlumatda bildirilir ki, dövlət başçısı Kasım-Jomart Tokayev Donald Trampın dəvəti ilə 18–19 fevral 2026-cı il tarixlərində Sülh Şurasının təsis iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək”.

Mətbuat xidmətinin qeyd etdiyinə görə, sammit zamanı əsas diqqət Qəzza sektorunda vəziyyətin sabitləşdirilməsi, həmçinin bölgədə sülhün, təhlükəsizliyin və davamlı humanitar dəstəyin təmin olunması üçün praktik addımların hazırlanmasına yönəldiləcək. Tokayevin ABŞ-da Amerika şirkətlərinin nümayəndələri ilə bir sıra görüşləri də planlaşdırılır.

Məryəm Quliyeva