İndoneziyada Semeru vulkanı yeddi dəfə püskürüb Dünya

İndoneziyada Semeru vulkanı yeddi dəfə püskürüb

Şərqi Yava vilayətində yerləşən Semeru vulkanı ərazisində yeddi yeni püskürmə baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Antara" müşahidə məntəqəsinə istinadən məlumat yayıb.

Məlumata görə, vulkan külü kraterdən 1 000 metr, yəni dəniz səviyyəsindən 4 676 metr yüksəklikdə qalxıb və güclü şəkildə şimal və şimal-şərq istiqamətində yayılıb.

İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi sakinlərə ehtiyatlı olmağı və qızmış daşların atılması riski səbəbindən kraterdən 5 km radiusda əraziyə yaxınlaşmamağı tövsiyə edib.

Məryəm Quliyeva