15:46
2 681![]()
Tehran hazırda ABŞ ilə mümkün razılaşma ilə bağlı mətn hazırlayır, lakin dinc nüvə enerjisi ilə bağlı mümkün müvəqqəti razılaşma ilə bağlı məlumatları təsdiqləməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmail Bəqayi jurnalistlərə bildirib.
“Hazırda öz mövqelərimizi hazırlamaq mərhələsindəyik”, - deyə diplomat bildirib.
Brifinq zamanı Bəqayi ABŞ ilə danışıqlarla bağlı yayılan çoxsaylı xəbərləri spekulyasiya adlandırıb və Vaşinqtonla müvəqqəti razılaşma mümkünlüyü barədə iddiaların əsassız olduğunu vurğulayıb.
Məryəm Quliyeva