Aİ səkkiz rus hüquq-mühafizə əməkdaşına sanksiya tətbiq edib Dünya

Aİ səkkiz rus hüquq-mühafizə əməkdaşına sanksiya tətbiq edib

Avropa İttifaqı 20-ci paket xaricində Rusiyaın səkkiz hüquq-mühafizə və məhkəmə sistemi əməkdaşına qarşı sanksiyalar tətbiq edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ Şurasının Avropa İttifaqının Rəsmi Jurnalında dərc olunmuş bəyanatında deyilir.

Qara siyahıya iki hakim, bir prokuror, bir istintaqçı və dörd koloniyanın və həbsxanaların rəhbəri daxil edilib. Sanksiyalar, Brüsselin iddiasına görə, “insan hüquqlarının pozulması” ilə əlaqədardır və hələ razılaşdırılmamış 20-ci paketlə əlaqəsi yoxdur. Onlar Avropaya giriş qadağası və Avropadakı maliyyə vəsaitlərinin bloklanmasını əhatə edir.

Məryəm Quliyeva