10:36
840
İranın kürd PDK, PAK və KHABAT təşkilatlarının liderləri rejimi dəyişmək üçün bir araya gəldilər. 40 milyonluq türkdən xəbər yoxdur. Niyəsi məni çox rahatsız edir. Çünki, mümkündür ki, 500 ildir davam edən səfəvi dövlət quruluşunun dayağı elə türklər olsun. Yanılıramsa sevinərəm. Haydı türk milləti, ,qırın zəncirləri və bu molla səfəvi hakimiyyətini gömün tarixin zibilliyində.
Bunu xalqcebhesi.az-a politoloq Vasif Əfəndi deyib.
O, qeyd edib ki, İranda vəziyyət dəyişdiyi anda Mosul və Kəkükdə olduğu kimi türk ərazilərində ərəb və ya kürd muxtariyyatları və ya dövləti yaranma ehtimalı çox böyükdür. Burada əsas vəzifə cənublu fəalların üzəriunə düşməlidir:
"Göründüyü kimi pəhləvilər çox fəaldırlar. Lakin digər şah sülaləsindən olan qacarların nümayəndələri çox passiv və istəksizdir. Ümumiyyətlə, İranda türklərin fəallaşması artıq iranın problemi deyil, çünki, onlar başarısızdırlar. Burada əsas yük Azərbaycan və Türkiyənin üzərinə düşəcək".
Cavid