17:38
770
Rusiya Prezidenti Vladimir Putin Qara dənizin dibindən keçən “Türk axını” və “Mavi axın” boru kəmərlərinə mümkün partlayış cəhdləri barədə məlumat verib.
Xalqcebhesi.az xəbər verir ki, bunu Vladimir Putin FSB Kollegiyasının iclasında bildirib.
“Hazırda əməliyyat məlumatlarımız KİV-ə çatdırılır. Məsələ Qara dənizin dibindən keçən qaz sistemlərimizdə mümkün partlayışlarla bağlıdır. Bu, soyuq “Türk axını” və “Mavi axın” boru kəmərləri ilə bağlıdır. Onlar sakit durmaq bilmirlər,” – deyib.
Məryəm Quliyeva