İran Netanyahu ofisinə hücum etdiyini açıqlayıb Dünya

İran Netanyahu ofisinə hücum etdiyini açıqlayıb

İran martın 2-də səhər saatlarında İsrailin baş naziri Benyamin Netanyahu və İsrail Hərbi Hava Qüvvələrinin komandiri Tomer Barın yerləşdiyi ofisə raket zərbələri endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (İKK) mətbuat xidməti məlumat yayıb.

Tasnim agentliyinin sitat gətirdiyi açıqlamada deyilir:“Cinayətkar sionist rejimin baş nazirinin ofisi və bu rejimin ordusunun hərbi-hava qüvvələrinin komandirinin yerləşdiyi ərazi, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən Kheibar raketləri ilə onuncu dalğa zərbələr çərçivəsində hədəf alınan və qəfil endirilən dəqiq hücumlarda vurulub.”

İKK əlavə edib:“Sionist rejimin baş nazirinin taleyi hələ məlum deyil.”

Məryəm Quliyeva