14:57
644
Hörmüz boğazından keçməyə cəhd edən üç konteyner gəmisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığından sonra ərazini tərk edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
"Tasnim" agentliyi qurumun bəyanatını belə təqdim edir: "Bu gün səhər saatlarında ABŞ-ın korrupsiyalaşmış prezidentinin Hörmüz boğazının açıq olması barədə yalan bəyanatlarına cavab olaraq, müxtəlif bayraqlar altında üzən üç konteyner gəmisi icazəsi olan gəmilər üçün nəzərdə tutulmuş dəhlizlə keçməyə cəhd edib, lakin Korpusun Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığından sonra geri çəkiliblər".
SEPAH bir daha vurğulayıb ki, ABŞ, İsrail və ya İrana qarşı təcavüzü dəstəkləyən istənilən digər ölkə ilə əlaqəli gəmilərin boğazdan keçidi qəti şəkildə qadağandır.
Məryəm Quliyeva