15:14
609
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüş keçirib. Görüş zamanı tərəflər Rusiya ilə sülh danışıqlarını və Yaxın Şərqdəki münaqişəni müzakirə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumat respublikanın xarici siyasət idarəsi rəhbərinin "X" sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.
Sibiqa ABŞ-ın sülh səylərinin irəlilədilməsindəki rolunu yüksək qiymətləndirib. Eyni zamanda o qeyd edib ki, Ukraynanın təklifləri "realist və icraolunandır".
"Rusiyaya təzyiq göstərilməsi Moskvanı müharibəni dayandırmağa məcbur edəcək əsas faktordur. Biz həmçinin Yaxın Şərqdəki vəziyyəti də müzakirə etdik. Ukrayna hesab edir ki, Moskva və Tehrandakı rejimlər müharibəni uzatmaq üçün birlikdə hərəkət edirlər. Onların hər ikisi konsolidə edilmiş (birləşmiş) təzyiqlə üzləşməlidir", — deyə nazir yazıb.
Məryəm Quliyeva