16:37
707
İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı zamanı ABŞ rəhbərliyinin İslam Respublikasının enerji və sənaye infrastrukturu obyektlərinə hücum etmək hədələrini "cinayət" adlandırıb.
Xalqcebhesi.az-in xəbərinə gürə, İran xarici siyasət idarəsinin mətbuat xidməti "Telegram" kanalında onun sözlərini belə sitat gətirir:
"Amerika rəhbərliyinin İranın enerji və istehsal infrastrukturuna hücum etmək barədə açıq hədələri ehtiva edən ritorikası özlüyündə cinayətdir. Bu, beynəlxalq hüququn təməl prinsiplərinə və humanitar normalara açıq-aşkar hörmətsizlikdir. Dünya birliyi buna qətiyyətli reaksiya verməlidir".
Məryəm Quliyeva