MDB dağılır. Moldova da təşkilatı tək etdi Dünya

MDB dağılır. Moldova da təşkilatı tək etdi

Moldovanın MDB-dən çıxmaqla bağlı qərarı regionda gedən geosiyasi transformasiyaların tərkib hissəsi kimi qiymətləndirilə bilər. SSRİ-nin dağılmasından sonra Rusiya tərəfindən təsis edilən Müstəqil Dövlətlər Birliyi (MDB) əsasən bu regionda siyasi və iqtisadi təsir imkanlarını qoruyub saxlamaq məqsədi daşıyırdı. Lakin son 30 il ərzində MDB tam funksional və effektiv regional təşkilata çevrilə bilmədi.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

"Bunun əsas səbəblərindən biri üzv ölkələrin maraqlarının uzlaşmaması, həmçinin Rusiyanın bu platformada dominant rol oynamaq istəyi ilə bağlıdır" - politoloq deyib.

O, qeyd edib ki, bir çox hallarda təşkilat çərçivəsində qəbul edilən qərarlar praktik müstəvidə icra olunmayıb. Həmçinin Rusiyanın üzv ölkələrə qarşı işğal və təzyiq siyasəti bu qurumun inkişafına zərbə vurdu. Rusiya ilə bəzi üzv ölkələr arasında baş verən münaqişələr də MDB-nin zəifləməsinə təsir göstərib. 2008-ci ildə Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə qarşı qəsdi, münaqişədən sonra bu ölkə təşkilatı tərk etdi. Artıq Ukraynada MDB tərk edib:

"Moldovanın da MDB-dən uzaqlaşma istiqamətində atdığı addımlar bu tendensiyanın davamı kimi qiymətləndirilə bilər. Bu, Rusiyanın post-sovet məkanında təsir imkanlarının əvvəlki səviyyədə olmadığını göstərən amillərdən biridir.Növbəti dəfə MDB tərk edən ölkə Ermənistan ola bilər. N. Pasinyan seçkilərdə qələbə əldə edəcəksə, növbəti mərhələdə rəsmi şəkildə MDB tərk edəcək. Azərbaycana gəldikdə isə, ölkəmizin bu qurumda qalıb ya qalmamaq kimi hərhansı bir problemi yoxdur. Yaxın perspektivdə MDB formal olaraq fəaliyyətinə son verəcək".

Cavid