Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur
Hörmüz boğazı üzrə konfransda İrana qarşı yeni sanksiyalar müzakirə olunacaq
Makron İran və ABŞ liderlərini Hörmüz boğazını blokadadan çıxarmağa çağırıb
Neft Daşları yaxınlığında balıqçı dənizdə batıb, helikopter cəlb olunub- VİDEO
Mərkəzi Bank kirayə haqqları ilə bağlı açıqlanan rəqəmlərə aydınlıq gətirdi
13:42
1 036
“İsrail tərəfindən Hizbullahın 150 hədəfinin qısa zaman kəsiyində vurulması taktiki baxımdan əməliyyatların intensivləşdiyini göstərir, lakin bu, avtomatik olaraq tammiqyaslı müharibənin başlanması demək deyil”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Alim Nəsirov deyib.
O, bu cür genişmiqyaslı zərbələrin adətən iki məqsədə xidmət etdiyini vurğulayıb: “Birincisi, Hizbullahın raket infrastrukturu, komanda məntəqələri və logistika xətlərini zəiflətmək; ikincisi isə qarşı tərəfə çəkindirici siqnal vermək. İsrail belə əməliyyatlarla preventiv üstünlük əldə etməyə çalışır ki, potensial genişlənmədən əvvəl təhlükələri neytrallaşdırsın. Bununla belə, hədəflərin sayının çoxluğu göstərir ki, artıq lokal insident səviyyəsindən çıxaraq daha sistemli hərbi kampaniya mərhələsinə keçid riski artır”.
A.Nəsirov əlavə edib ki, proseslərin inkişafı əsasən Hizbullahın cavab reaksiyasından asılı olacaq: “Əgər qarşı tərəf məhdud raket atəşləri ilə kifayətlənərsə, tərəflər “idarə olunan gərginlik” çərçivəsində qalmağa çalışa bilər. Lakin genişmiqyaslı cavab, xüsusilə İsrailin dərinliklərinə yönələn hücumlar vəziyyəti sürətlə eskalasiyaya apara bilər. Bu halda Livan cəbhəsi regional münaqişənin əsas istiqamətlərindən birinə çevrilə və İran faktorunun daha açıq şəkildə prosesə daxil olması ehtimalı arta bilər. Belə ssenaridə münaqişə yalnız iki tərəf arasında deyil, daha geniş regional qarşıdurmaya transformasiya riski daşıyır”.
Röya İsrafilova