09:32
679
ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" gəmisinin rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupu əməliyyat yerləşmə zonasında olaraq Ərəbistan dənizində fəaliyyət göstərir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CENTCOM" məlumat yayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bildirdiyinə görə, aviadaşıyıcının göyərtəsində səkkiz ədəd "F-35C Lightning II" gizli qırıcı təyyarəsi, "F/A-18 Hornet" göyərtə qırıcıları, "EA-18G Growler" radioelektron mübarizə təyyarələri, "E-2D Advanced Hawkeye" uzaq mənzilli radiolokasiya aşkaretmə və idarəetmə təyyarələri, "MH-60 Seahawk" helikopterləri, həmçinin logistik təminat üçün istifadə olunan "CMV-22B Osprey" konvertoplanlarından ibarət aviaqanad yerləşdirilib.
Aviaqanadın tərkibinə həmçinin döyüş davamlılığının təmin edilməsi və dənizdəki əməliyyatların dəstəklənməsi vasitələri daxildir.
Məryəm Quliyeva