12:49
637
Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın xarici işlər nazirləri Antalya Diplomatiya Forumu çərçivəsində İran ətrafındakı münaqişənin nizamlanması variantlarını və regional problemləri müzakirə edəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər idarəsindəki mənbə məlumat verib.
"Xarici işlər naziri Hakan Fidan aprelin 17-də Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı XİN rəhbərlərinin görüşünü keçirəcək. Görüş regional problemlər, xüsusən də ABŞ və İsrailin İranla münaqişəsi üçün regiondaxili həll yollarının işlənib hazırlanmasına həsr olunacaq", — deyə mənbə bildirib. Mənbə dəqiqləşdirib ki, görüş mətbuat üçün qapalı formatda keçiriləcək.
Məryəm Quliyeva