Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
18 Aprel 13:02
4 081
Avropa İttifaqı, blokun üzvü olan ölkələrdən birinə hücum ediləcəyi təqdirdə qarşılıqlı müdafiə mexanizminin işlənilməsi üzrə genişmiqyaslı təlimlər keçirməyə hazırlaşır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, simulyasiya zamanı Aİ dövlətlərindən birinin ittifaq üzrə tərəfdaşlarından rəsmən hərbi yardım istədiyi ssenari sınaqdan keçiriləcək. Təlimlər ABŞ-ın iştirakı olmadan fəaliyyət göstərməyi nəzərdə tutur.
İlk mərhələdə məsələnin Brüsseldə Aİ ölkələrinin daimi nümayəndələri səviyyəsində müzakirəsi planlaşdırılır. Bundan sonra mövzu müdafiə nazirlərinin may ayında Kiprdə keçiriləcək görüşünün gündəliyinə çıxarılacaq.
Bundan əlavə, bu mövzu gələn həftə yenə Kiprdə baş tutacaq Aİ liderlərinin qeyri-formal sammitinin gündəliyinə daxil edilib.
Məryəm Quliyeva