İranda "Mossad"a işləməkdə ittiham olunan iki nəfər edam edilib Dünya

İranda "Mossad"a işləməkdə ittiham olunan iki nəfər edam edilib

İsrailin "Mossad" kəşfiyyatına işləməkdə ittiham olunan iki İran vətəndaşı — Məhəmməd Məsum Şahi və Həmid Vəlidi bazar ertəsi günü İranda edam ediliblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, iş materiallarına əsasən, bu şəxslər casus şəbəkəsinin üzvləri olublar. Onlar internet və İraq Kürdüstanına səfərlər vasitəsilə İsrail kəşfiyyat zabitləri ilə əlaqə saxlayıb, terror aktları və təxribatların törədilməsi üzrə təlim keçdikdən sonra ölkəyə qayıdıblar.

İran hakimiyyətinin məlumatına görə, edam edilən şəxslər bir neçə hərbi və mülki obyektin yandırılması da daxil olmaqla, bir sıra cinayətlər törədiblər. Bütün təxribatlar fotoaparatla qeydə alınıb və daha sonra "Mossad"dakı kuratorlara göndərilib.

Məryəm Quliyeva