Baş nazirin müşaviri: Netanyahunun Kuşnerlə görüşü keçirilir
17 Avqust 16:06
17 Avqust 16:06
17 Avqust 15:33
17 Avqust 14:07
17 Avqust 13:08
22 Aprel 16:51
2 912
Qətər Əmiri Təmim bin Həməd Al Tani Suriya Prezidenti Əhməd əş-Şaraanı Dohada rəsmi səfərlə qəbul edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Tərəflər arasında keçirilən görüşdə Suriyanın xarici işlər və mühacirlər naziri Əsad Həsən əş-Şibani, Qətərin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani, həmçinin hər iki ölkənin bir sıra rəsmi şəxsləri iştirak ediblər. Görüş zamanı ikitərəfli münasibətlərin əhəmiyyəti, onların müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat və investisiya sferalarında inkişafı, eləcə də ticarət əlaqələrinin gücləndirilməsi vurğulanıb.
Prezident Suriyanın Qətər Dövləti və İranın hücumlarına məruz qalmış digər ərəb ölkələri ilə həmray olduğunu bir daha təsdiqləyib. Görüşdə həmçinin son regional və beynəlxalq hadisələr, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün koordinasiya yolları müzakirə olunub.
Məryəm Quliyeva
17 Avqust 20:41
616
17 Avqust 19:35
665
17 Avqust 17:22
756