Pakistan İran ilə tranzit ticarətə icazə verib Dünya

Pakistan İran ilə tranzit ticarətə icazə verib

Pakistan regionda ticarətin təşviqi maraqları çərçivəsində siyasətində mühüm dəyişiklik edərək, öz ərazisi vasitəsilə İrana malların tranzitinə icazə vermək barədə qərar qəbul edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti İslam Respublikasının Ticarət Nazirliyinə istinadən məlumat yayıb.

Pakistan Ticarət Nazirliyinin qüvvəyə minmiş "İranla tranzit ticarət haqqında, 2026" sərəncamı istənilən üçüncü ölkədən malların Pakistan vasitəsilə daşınmasına və İrandakı təyin olunmuş məntəqələrə çatdırılmasına imkan verir. Nəşrin qiymətləndirməsinə görə, bu qərar "transsərhəd ticarətin genişləndirilməsi yolunda mühüm addım" olub.

Bu qərarın icrası üçün hökumət 1950-ci il tarixli "İdxal və ixrac üzərində nəzarət haqqında Qanun"a düzəlişlər edərək tranzit sazişi üçün hüquqi baza təmin edib. Rəsmilərin sözlərinə görə, sərəncam konkret olaraq mənşəyi Pakistandan kənarda olan və Pakistan ərazisindən keçərək İrana gedən mallara şamil ediləcək.

Rəsmi şəxslər qeyd ediblər ki, Qvadar, Karaçi və Port-Kasim əsas tranzit məntəqələri olacaq və bu, tacirlər, eləcə də logistika operatorları üçün çeviklik təmin edəcək.

Məryəm Quliyeva