Eşqi Bağırov: 5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
Sel nəticəsində dağılan evlərin tikintisi həyata keçiriləcək
Keşlədə 61 fərdi ev təmir ediləcək, yararsız hala düşmüş məişət əşyalarına görə yardım veriləcək
Agentlik sədri: Şagirdlərin çantalarının yoxlanılması məktəblərdəki problemləri aradan qaldırmayacaq
11:29
707![]()
Birləşmiş Ştatlar İranla həm Vaşinqton, həm də bütün dünya üçün faydalı olmayacaq hər hansı bir saziş bağlamayacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Oliviya Uels "The New York Times" (NYT) qəzetinə məlumat verib.
"ABŞ media vasitəsilə danışıqlar aparmayacaq — biz öz "qırmızı xətlərimizi" dəqiq müəyyən etmişik və ABŞ Prezidenti Donald Tramp yalnız amerikalılar və bütün dünya üçün sərfəli olan sövdələşməni imzalayacaq", — deyə onun NYT-yə təqdim etdiyi bəyanatda bildirilir.
Nəşr qeyd edir ki, Amerika rəhbərliyi maraqlı bir qənaətə gəlib: İran tərəfindən danışıqlar aparan şəxslərin nə ali rəhbər Müctəba Xamenei, nə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinin icazəsi olmadan nüvə proqramı məsələsində güzəştə getmək səlahiyyəti yoxdur.
Vaşinqton rəsmiləri hesab edirlər ki, hərbi əməliyyatlar davam etdirilmədən Tehranın danışıqlar mövqeyinin dəyişəcəyinə dair əsaslar çox azdır. Lakin hətta bombardmanların davam etdirilməsi belə, İran tərəfinin qərar qəbul etmə prosesinin dəyişəcəyinə zəmanət vermir.
Məryəm Quliyeva