Eşqi Bağırov: 5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
Sel nəticəsində dağılan evlərin tikintisi həyata keçiriləcək
Keşlədə 61 fərdi ev təmir ediləcək, yararsız hala düşmüş məişət əşyalarına görə yardım veriləcək
Agentlik sədri: Şagirdlərin çantalarının yoxlanılması məktəblərdəki problemləri aradan qaldırmayacaq
11:43
952
ABŞ Silahlı Qüvvələri Ukraynadakı münaqişəni və İrana qarşı əməliyyatları nəzərə alaraq, ağır döyüş PUA-larından tədricən imtina edəcək və kiçik zərbə dronlarına üstünlük verəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb.
Məlumata görə, hazırda ABŞ-ın bir neçə hərbi bazasında, o cümlədən Yaxın Şərqdə şəxsi heyətə kiçik dronların idarə edilməsi üzrə təlimlər keçirilir. Telekanalın materialında söhbətin Bumblebee V1 və Bumblebee V2 modellərindən getdiyi dəqiqləşdirilir.
Bumblebee V1: Ukrayna münaqişəsində geniş istifadə olunan kütləvi zərbə PUA-larının analoqudur.
Bumblebee V2: Hədəfi avtomatik müəyyən edə bilən və digər dronlarla mübarizə üçün nəzərdə tutulmuş daha təkmil versiyadır (hələlik silahlanmaya qəbul edilməyib).
CBS qeyd edir ki, hərbçilər "Bumblebee" sistemindən ilk növbədə raketlərin vurulması üçün hazırlanmış daha baha başa gələn dron-preventivlərinin əvəzinə istifadə etmək istəyirlər.
Telekanalın məlumatına görə, amerikalı hərbçilər İranla münaqişə zamanı zərbə dronlarının azlığından narazılıqlarını bildiriblər. CBS xatırladıb ki, Pentaqonun bu ilki büdcəsində PUA-ların alınması üçün 75 milyard dollar vəsait ayrılması nəzərdə tutulub. Vurğulanıb ki, "Ukraynadakı müharibə, Amerika bazaları yaxınlığında dronların peyda olması və indi də İranla münaqişə bu texnologiyaların inkişafının təcili zərurət olduğunu göstərir".
Məryəm Quliyeva