İsrailli idxalçı Aİ sanksiyaları qorxusu ilə Ukrayna taxılını qəbul etmir​​​​​​​ Gündəm

İsrailli idxalçı Aİ sanksiyaları qorxusu ilə Ukrayna taxılını qəbul etmir​​​​​​​

İsrailə buğda idxal edən şirkət, Ukrayna ilə artan diplomatik gərginlik fonunda "oğurlanmış" Ukrayna taxılının boşaldılmasını təxirə salmaq qərarına gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Qeyd olunduğu kimi, əsas amil İsrail şirkətlərinin Rusiya tədarükçüləri ilə əməkdaşlığı davam etdirəcəkləri təqdirdə Avropa İttifaqının (Aİ) sanksiyalarına məruz qalma ehtimalından duyduqları narahatlıq olub. İsrail hökuməti hələlik biznes üçün aydın tövsiyələr və ya müdafiə mexanizmləri təqdim etməyib.

Məryəm Quliyeva