Lukaşenko Pezeşkiyanla telefon danışığı aparıb Gündəm

Lukaşenko Pezeşkiyanla telefon danışığı aparıb

Belarus Prezidenti Aleksandr Lukaşenko iranlı həmkarı Məsud Pezeşkiyan ilə Fars körfəzi regionundakı vəziyyəti müzakirə edib.

Xalqcebhesi.az xəbər verir ki, "BelTA" agentliyinin məlumatına görə, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Pezeşkiyan Belarus dövlət başçısına Fars körfəzi bölgəsindəki vəziyyət, habelə Vaşinqtonla keçirilən son danışıqlarda Tehranın mövqeyi barədə məlumat verib. Həmsöhbətlər qeyd ediblər ki, sülh razılaşmalarının əldə olunması yolunda əsas maneə etimadın olmamasıdır.

Lukaşenko Belarusun münaqişənin tezliklə nizamlanmasında maraqlı olduğunu vurğulayıb. Öz növbəsində, Pezeşkiyan belaruslu həmkarına nümayiş etdirdiyi prinsipial və ardıcıl mövqeyə görə təşəkkür edib.

Məryəm Quliyeva