Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
7 May 12:37
2 555
Fransanın "Şarl de Qoll" aviadaşıyıcısı artıq Qırmızı dənizdədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə BFMTV telekanalının efirində Fransa Silahlı Qüvvələr Nazirliyi yanında nazir-nümayəndə Alis Rüfo məlumat verib.
"Hazırda aviadaşıyıcı Süveyş kanalını keçir və Qırmızı dənizdədir. Bu, ilkin yerləşdirmədir", — deyə nazir bildirib.
O xatırladıb ki, bundan əvvəl gəmi Fransanın müttəfiqləri olan Fars körfəzi ölkələrinə dəstək missiyası çərçivəsində Aralıq dənizinin şərq hissəsində olub.
Rüfonun fikrincə, bu addım "Fransanın Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi məsələsində hərəkətə keçməyə hazır olduğuna dair güclü bir siqnaldır". Nazir həmçinin qeyd edib: "Biz münaqişə tərəfinə çevrilmədən bu məsuliyyəti üzərimizə götürməyə hazırıq".
Məryəm Quliyeva
15 May 16:37
1 330
15 May 15:51
1 428
15 May 15:08
1 610