ABŞ Şərqi Asiyada ilk dəfə "Typhon"dan "Tomahawk" atəşi açıb Dünya

ABŞ Şərqi Asiyada ilk dəfə "Typhon"dan "Tomahawk" atəşi açıb

ABŞ Silahlı Qüvvələri Filippində keçirilən hərbi təlimlər çərçivəsində Şərqi Asiyada ilk dəfə olaraq mobil yerüstü "Typhon" qurğularından "Tomahawk" qanadlı raketlərinin təlim atışlarını icra edib.

Xalqcebhesi.az xəbər verir ki, "Kyodo" informasiya agentliyinin məlumatına görə, raket Leyte adasından buraxılıb.

Məlumata əsasən, buraxılan raket təlim döyüş başlığı ilə təchiz olunub və start nöqtəsindən 600 km məsafədə dənizdəki hədəfi vurub.

Bu atışlar 20 aprel – 8 may tarixlərində Filippində keçirilən və Filippin, ABŞ, Avstraliya, Yaponiya, Kanada, Fransa və Yeni Zelandiyadan olan 17 mindən çox hərbçinin iştirak etdiyi çoxtərəfli "Balikatan" hərbi təlimləri çərçivəsində reallaşdırılıb.

Texniki qeyd: "Typhon" qurğuları çoxfunksiyalı "SM-6" raketlərini və 1,6 min km mənzilli "Tomahawk" qanadlı raketlərini buraxmaq qabiliyyətinə malikdir.

Çin və Rusiya regionda bu cür orta mənzilli silahların yerləşdirilməsinin təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq ediblər. Xüsusilə, 2025-ci ilin sentyabrında Çin XİN-in rəsmi nümayəndəsi Vaşinqton və Tokiodan "Typhon" komplekslərinin dərhal Şərqi Asiyadan çıxarılmasını tələb etmişdi.

Məryəm Quliyeva