Çin ABŞ-ın sanksiyalarına cavab verəcək Dünya

Çin ABŞ-ın sanksiyalarına cavab verəcək

Çin hakimiyyəti "İranla əlaqələr" bəhanəsi ilə ABŞ-ın tətbiq etdiyi sanksiyalara cavab olaraq milli şirkətlərinin müdafiəsini təmin edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Szyakun bəyanat verib.

"Çin öz müəssisələrinin qanuni hüquq və mənafelərini qətiyyətlə müdafiə edəcək", — deyə o, brifinq zamanı Vaşinqtonun "İranla əlaqəli" 12 fiziki və hüquqi şəxsə, o cümlədən "İran hərbçiləri tərəfindən Çinə neft tədarükünə görə" Honkonq şirkətlərinə qarşı tətbiq etdiyi növbəti məhdudiyyətləri şərh edərkən bildirib.

Çinli diplomat qeyd edib ki, Pekin "beynəlxalq hüquqda əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən qanunsuz birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır".

Məryəm Quliyeva