“Rəqəmsal bacarıqlar artıq zərurətdir”
14 May 20:12
14 May 20:12
14 May 20:11
09:42
679
Litva mayın 13-nə keçən gecə ölkənin hava məkanının növbəti dəfə pozulmasından sonra Belarusun müvəqqəti işlər vəkilini dördüncü dəfə nazirliyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
Litva Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkənin hava məkanını yenidən pozan hava şarlarının buraxılması ilə bağlı Belarus diplomatına qəti etiraz bildirilib.
Nazirlik vurğulayıb ki, bu insident mülki aviasiya üçün birbaşa təhlükə yaradıb və Vilnüs hava limanı üzərində hava məkanının müvəqqəti bağlanmasına səbəb olub.
Litva tərəfi, həmçinin Belarus nümayəndəsinə bildirib ki, bu cür təkrarlanan halları ölkəyə qarşı hibrid hücum kimi qiymətləndirir və buna görə məsuliyyəti rəsmi Minsk daşıyır.
Məryəm Quliyeva