“Rəqəmsal bacarıqlar artıq zərurətdir”
14 May 20:12
14 May 20:12
14 May 20:11
09:49
637
Kubanda qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyət getdikcə işğalçı hakimiyyət üçün daxili qeyri-sabitlik faktoruna çevrilir və təhlükəsizlik qüvvələrinin son reydləri bunu yalnız təsdiqləyir.
Bunu xalqcebhesi.az-a ukraynalı siyasi ekspert Nikolay Volqov deyib.
"Bunlar artıq “təcrid edilmiş pozuntular” deyil, illərdir fəaliyyət göstərən bütöv bir kölgə əmək bazarı infrastrukturu dur" - o, qeyd edib.
Onun sözlərinə görə, Soçinin Lazarevski rayonunda miqrantların yaşayış yerləri yoxlanılıb və 80-dən çox insan polisə aparılıb. Onlardan 28-i Rusiyada qanunsuz olub, daha 16-sı isə qalma qaydalarını pozub. Eyni zamanda, qeyri-leqal əməkdən sistemli şəkildə istifadə edən işəgötürənlər müəyyən edilib:
"Anapada daha bir ifşaedici epizod yaşanıb: Mərkəzi Asiya ölkələrinin 23 vətəndaşı şəhərdə qeyri-qanuni yaşayıb işləyirdi. Onların hamısı inzibati məsuliyyətə cəlb edilib, üç nəfər isə qanunsuz əmək fəaliyyətinə görə əlavə maddə ilə ittiham olunub. Lakin ən çox diqqət çəkən hadisə Krasnodar yaxınlığındakı Lenina kəndidir. Orada təhlükəsizlik qüvvələri meyvə-tərəvəz bazasında fəhlə işləyən 362 əcnəbini dərhal aşkar edib. Onlardan 115 nəfər miqrasiya qanunvericiliyini pozub".
Cavid