11:15
616
Pakistanın xarici işlər naziri İshak Dar Qətər XİN-in dövlət naziri Məhəmməd əl-Xulayfi ilə telefon danışığı aparıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan departamenti məlumat yayıb.
Tərəflər regional problemlərin nizamlanması üçün dialoq və qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayaraq Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Əl-Xulayfi, öz növbəsində, Pakistanın konstruktiv rolunu və onun regiondakı davamlı diplomatik səylərini yüksək qiymətləndirib.
Pakistan XİN-in məlumatında deyilir: "Pakistanın Baş nazirinin müavini / xarici işlər naziri ölkəsinin regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və rifah kimi ümumi məqsədlərə nail olunmasına sadiq olduğunu bir daha təsdiqləyib".
Məryəm Quliyeva