14:03
644
Mayın 18-nə keçən gecə Rusiya Ukrayna ərazisinə zərbə PUA-ları və yerüstü mənşəli raketlərdən istifadə edərək zərbə endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin radiotexnika qoşunları tərəfindən ümumilikdə 546 hava hücum vasitəsi (22 raket və 524 PUA) qeydə alınıb: 14 "İskander-M" / "S-400" ballistik raketi; 8 "İskander-K" qanadlı raketi; 524 ədəd "Şahid", "Gerbera", "İtalmas" tipli zərbə PUA-sı və "Parodiya" tipli dron təqlidçiləri.
Hava hücumunun qarşısı Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası, zenit-raket qoşunları, REM (Radioelektron Mübarizə) və pilotsuz sistemlər bölmələri, həmçinin mobil atəş qrupları tərəfindən alınıb.
İlkin məlumatlara görə, saat 08:30 radələrinə olan vəziyyətə əsasən, hava hücumundan müdafiə sistemləri tərəfindən 507 hədəf — 4 raket və müxtəlif tipli 503 pilotsuz uçuş aparatı vurulub və ya zərərsizləşdirilib: bura 4 ədəd "İskander-K" qanadlı raketi və 503 müxtəlif tipli PUA daxildir.
34 məkanda 18 raket və 16 zərbə PUA-sının hədəfə dəyməsi, həmçinin 11 məkanda vurulmuş PUA-ların qalıqlarının düşməsi qeydə alınıb.
"Hücum davam edir, havada düşmənin daha bir neçə PUA-sı var", — deyə Ukrayna SQ-nin Baş Qərargahı bildirir.
Məryəm Quliyeva