Vens: İranda işimizi bitirib evə qayıdacağıq Dünya

Vens: İranda işimizi bitirib evə qayıdacağıq

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Vaşinqtonun İrana qarşı mümkün hərbi əməliyyatı "əbədi müharibəyə" çevrilməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "Reuters" agentliyi yayıb.

Siyasətçi qeyd edib: "Bu, əbədi müharibə deyil. Biz işimizi bitirib evə qayıdacağıq".

Daha əvvəl Vens bəyan etmişdi ki, Vaşinqton saziş bağlamaq üçün İranla danışıqlarda artıq mühüm tərəqqiyə nail olub. Bununla belə, hərbi kampaniyanın bərpası ehtimalı qüvvədə qalır.

Bundan əvvəl isə ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Birləşmiş Ştatlar artıq gələn cümə günü və ya növbəti günlərin birində İrana qarşı zərbələri bərpa edə bilər.

Məryəm Quliyeva