BƏƏ İraqı hədələdi
15:56
17:23
714
İraqın Baş naziri Əli əz-Zeydi Türkiyənin Bağdaddakı səfiri Anıl Bora İnan ilə görüş keçirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İraq Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlərin gücləndirilməsi yolları müzakirə olunub, həmçinin bütün sahələrdə, xüsusilə neft ixracı, su ehtiyatlarının idarə edilməsinin inkişafı, strateji "İnkişaf Yolu" layihəsi, eləcə də hər iki ölkənin ümumi maraqlarına xidmət edən təhlükəsizlik sahəsində koordinasiya məsələləri üzrə qarşılıqlı əməkdaşlığa və onun genişləndirilməsinə sadiqlik təsdiqlənib.
"Bundan əlavə, görüşdə regionda gərginliyin azaldılması istiqamətində göstərilən səylər nəzərdən keçirilib, ABŞ ilə İran arasındakı danışıqlar prosesinin dəstəklənməsinin, həmçinin regionda və dünyada davamlı təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün diplomatik həll yolları ilə dialoqun tətbiq olunmasının vacibliyi vurğulanıb", — deyə məlumatda bildirilir.
Məryəm Quliyeva