ABŞ və Britaniya XİN rəhbərləri İranı və NATO-nu müzakirə ediblər​​​​​​​ Dünya

ABŞ və Britaniya XİN rəhbərləri İranı və NATO-nu müzakirə ediblər​​​​​​​

ABŞ Dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Ivett Kuper ilə danışıqlar aparıb. Görüş zamanı tərəflər İrandakı vəziyyəti və Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi istiqamətində davam edən səyləri müzakirə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət katibi və xarici işlər naziri, həmçinin Avropanın öz təhlükəsizliyini daha böyük ölçüdə təmin etməsinin vacibliyini, eləcə də müdafiə investisiyalarının artırılması və NATO alyansı daxilində xərclərin daha ədalətli bölüşdürülməsi zərurətini müzakirə ediblər.

Məryəm Quliyeva