08:45
658
Ümumdünya Şəhərsalma Forumu (WUF13) çox əhəmiyyətli bir toplantı oldu. Belə mötəbər tədbirləri yüksək səviyyədə təşkil etməyə Azərbaycanın yetərincə potensialının və təcrübəsinin olduğunu göstərdi.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Əkrəm Bəydəmirli deyib.
Onun fikrincə, strateji hədəfləri olan bu forumda Azərbaycan öz zəngin tarixi memarlıq ənənələrini, müasir şəhərsalma ilə bağlı modern təcrübəsini təqdim etdi.
Digər tərəfdən dünyanın bir çox ölkələrindən gələn iştirakçılar, BMT-nin müxtəlif strukturlarının təmsilçiləri şəhərsalma ilə bağlı, ümumilikdə bu sahədə mövcud olan problemlər ətrafında çıxışları yadda qalan oldu:
"Bu məqam bir daha təsqdiqlədi ki, WUF13- Bakı Forumu çox əhəmiyyətli müzakirə məkanı oldu. Hazırda dünyada ciddi problemə çevrilən modern şəhərsalma və urbanisaziya məsələsi ilə bağlı Azərbaycandan dünyaya çağırış oldu. Müsair dünya polemika üzərində qurulur. Yəni eyni gəminin sakinləri olan insanlar, ölkələr qlobal problemləri təkbaşına həll edə bilməzlər. Bu baxımdan qarşılıqlı münasibətlərin genişlənməsi, təcrübələrin bölüşməsi zəruri idi".
Cavid