17 İyul 19:42
25 May 10:54
1 918
Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Hörmüz boğazı vasitəsilə neft və qazı "kölgə tranziti" üsulu ilə nəql edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, şirkət gəmilərin transponderlərini (izləmə cihazlarını) söndürərək boğazdan keçdiyi "kölgə tranziti" adlanan üsula əl atır. "Bloomberg" qeyd edir ki, ADNOC bu yolla regiondakı gərgin vəziyyətə baxmayaraq neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) ixracını davam etdirir. Agentliyin mənbələrinin iddia etdiyinə görə, şirkətin guya "Navig8" loqistika operatoru və "Wanhua Chemical Group" kimya şirkəti ilə əlaqəli gəmilərdən istifadə etdiyi bildirilir. Hörmüz boğazını keçdikdən sonra yüklər BƏƏ-nin Füceyrə və Omanın Sohar limanları yaxınlığındakı sahildə digər gəmilərə köçürülür və ya Hindistan limanlarına yönləndirilir.
"Bloomberg" vurğulayır ki, Yaxın Şərqin digər neft istehsalçıları da boğaz vasitəsilə tədarükü qoruyub saxlamağa çalışırlar, lakin onların əksəriyyəti icarəyə götürülmüş tankerlərdən və gəmi sahiblərinin ehtiyatlılığından asılıdır.
Məryəm Quliyeva
17 İyul 22:06
1 743
17 İyul 21:34
1 722
17 İyul 21:30
1 771