11:09
672
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəsmi nümayəndəsi İbrahim Rzayi bəyan edib ki, Tehran həm hərbi, həm də diplomatik sahədə qarşılıqlı cavab prinsipinə sadiq qalacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rzayi özünün "X" sosial şəbəkəsində paylaşım edib.
"Hərbi müharibə zamanı taktikamız "gözə göz" idi, diplomatik müharibədə isə — "addıma addımla cavab".
Uğursuzluğa düçar olmuş prezidentin blöfünə inanmayın — zaman amerikalıların əleyhinə işləyir.
Əgər razılaşma istəyirlərsə, qoy danışıqlar aparsınlar; yox, əgər benzinin 6 dollar olmasını istəyirlərsə, qoy ayaqlarının altında ot bitənə qədər gözləməyə və blöf etməyə davam etsinlər.
İran təzyiq və təhdidlərə boyun əyməyəcək", — deyə Rzayi bildirib.
Məryəm Quliyeva