14:49
644![]()
Çinin xarici işlər naziri Van İ diplomatik əlaqələri gücləndirmək və Çin prezidenti Si Cinpinin mümkün səfərinə hazırlıq məqsədilə ABŞ və Kanadaya səfər edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Van İ əvvəlcə BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkdakı iclasında iştirak edəcək, daha sonra isə Kanadanın XİN rəhbəri ilə danışıqlar aparmaq üçün Ottavaya yollanacaq.
Gözlənilir ki, bu səfər Çin, ABŞ və Kanada arasındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində bir addım olacaq, həmçinin Si Cinpinin ABŞ-yə gələcək dövlət səfəri üçün zəmin hazırlaya bilər.
Çin XİN-in rəsmi nümayəndəsi Qo Szyakun bəyan edib ki, Nyu-Yorkdakı görüş BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunmasına, eləcə də BMT-nin mərkəzi rol oynadığı beynəlxalq sistemin gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli açıq müzakirə formatında keçiriləcək.
Məryəm Quliyeva