09:31
630
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki tibb müəssisələrindən birinə yerləşdirilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti yazır.
Hökumət başçısının ofisinə istinadən verilən xəbərdə bildirilir ki, "Netanyahu bazar ertəsi (25 may) axşam saatlarında Hadassa Eyn-Kerem tibb mərkəzinə aparılıb".
Jurnalistlərin məlumatına görə, siyasətçi hazırda növü dəqiqləşdirilməyən stomatoloji müalicə alır.
Materialda vurğulanır ki, ictimaiyyət artıq çoxdan Netanyahunun sağlamlığına ciddi diqqət yetirir. Məqalə müəllifləri izah ediblər ki, vətəndaşlar baş nazirin tibbi məlumatları gizlətdiyindən şübhələniblər və onu bu addımda ittiham etməyə başlayıblar.
Məryəm Quliyeva