17 İyul 19:42
28 May 18:00
3 591
ABŞ prezidenti Donald Tramp iki prezidentlik müddəti ərzində dünyadakı təxminən hər 13 ölkədən birinə qarşı təhdidlərə və ya hərbi zərbələrə əl atıb.
Xalqcebhesi.az xəbər verir ki, bu məqama "CNN" telekanalı diqqət çəkib.
Qeyd olunur ki, Oman onun prezidentliyi dövründə ünvanına bu cür bəyanatlar səsləndirilən ən azı 15-ci dövlət olub. Bununla yanaşı, analoji halların böyük bir hissəsi onun ikinci prezidentlik müddətinin ilk 16 ayına təsadüf edib.
İddialara görə, bu müddət ərzində İran, İraq, Nigeriya, Somali, Suriya, Venesuela və Yəmənə hərbi zərbələr endirilib. Bu ölkələrin bir hissəsi hələ onun birinci prezidentlik müddətində də hücumlara məruz qalmışdı.
Bundan başqa, həmin dövrdə daha yeddi dövlətə qarşı təhdidlər səsləndirilib və ya onlara qarşı güc tətbiq edilməsi imkanı irəli sürülüb: Kanada, Kolumbiya, Kuba, Qrenlandiya (Danimarkanın tərkibində), Meksika, Panama və Oman.
Məryəm Quliyeva
17 İyul 22:06
1 561
17 İyul 21:34
1 561
17 İyul 21:30
1 610