Casusluq formasında dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfər barəsində qərar verilib
Ceyhun Bayramov Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ilə telefon danışığı aparıb
8 ayda vergi daxilolmaları proqnozu 900 mln. manatdan çox üstələyib
Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər naziri ilə telefon danışığı aparıb
2 İyun 10:39
2 184
İspaniya hökuməti krallığın Hörmüz boğazında münaqişənin gərginləşməsinə (eskalasiyasına) səbəb ola biləcək hər hansı hərbi əməliyyatlarda iştirakı ehtimalını istisna edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Britaniyanın "Financial Times" (FT) qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Madrid "gərginliyin artmasına səbəb ola biləcək heç bir fəaliyyətdə iştirak etməyəcək". Albares bu cavabı ABŞ və İran arasında ehtimal olunan razılaşmanın uğursuzluğa düçar olacağı təqdirdə, İspaniya Silahlı Qüvvələrinin Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi missiyasında iştirakı imkanları barədə suala cavab verərkən deyib. "Biz hesab edirik ki, bu böhranın hərbi həlli yoxdur", — deyə nazir əlavə edib.
Nəşrin həmsöhbəti qeyd edib ki, dünya nizamında beynəlxalq hüquqa, dövlət suverenliyinə, BMT Nizamnaməsinə əsaslananlar ilə "cəngəllik qanunlarını", yəni xarici siyasətin alternativi kimi "xaos, zorakılıq və müharibəni" seçənlər arasında köklü bir qırılma baş verir.
Məryəm Quliyeva