Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
19 İyul 22:19
19 İyul 22:19
19 İyul 18:38
3 İyun 08:03
1 813
ABŞ-da benzinin orta qiyməti may ayında aylıq müqayisədə 9,2%, illik müqayisədə isə 42,2% artıb. May ayında dizelin orta qiyməti də ötən ilin eyni ayı ilə müqayisədə 60% artıb.
Bu barədə ABŞ Nəqliyyat Statistikası Bürosu məlumat yayıb.
Ölkədə benzinin orta qiyməti may ayında illik müqayisədə 42,2% artaraq qalon (təxminən 3,785 litr) üçün 4,48 dollara çatıb.
Qeyd edək ki, 2025-ci ilin may ayında bir qalon benzinin qiyməti 3,15 dollar olub.
May ayında benzin qiymətlərindəki artım aprel ayı ilə müqayisədə 9,2% olaraq hesablanıb.
Ölkədə dizelin orta qiyməti də may ayında ötən ilin eyni ayı ilə müqayisədə 60% artaraq 5,60 dollara çatıb.
Bu ilin aprel ayı ilə müqayisədə 1,8 faiz artan dizel yanacağının qiymətinin 2025-ci ilin may ayında qalon üçün 3,50 dollar olacağı proqnozlaşdırılırdı.
19 İyul 22:20
1 050
19 İyul 21:41
1 260
19 İyul 21:39
1 498