09:37
658
Çərşənbə axşamı ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib ki, İran İsrail və Livan arasındakı diplomatik səylərə "mane olmağa" və bu prosesə müdaxilə etməyə çalışır ki, gələcəkdə razılıq əldə olunacağı təqdirdə bu uğuru öz adına çıxsın.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
"Biz Livan və İsrail arasındakı danışıqlara İrandan ayrı və müstəqil bir proses kimi baxmağa çalışırıq, İran isə hər şeyi bir araya qatmaq istəyir", — deyə Rubio ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsində qanunvericilərə bildirib.
"(İran) İsrail və Livanın birlikdə işləyə biləcəyi hər hansı bir səyin qarşısını almağa və bu prosesi uzatmağa çalışır. Bu, onun üçün edilir ki, gələcəkdə hər hansı bir məqamda razılaşma əldə olunarsa, məhz öz təsirləri sayəsində buna nail olduqlarını iddia edə bilsinlər", — deyə Rubio əlavə edib.
Məryəm Quliyeva