Latviyada PUA təhlükəsi: NATO qırıcıları havaya qaldırıldı Gündəm

Latviyada PUA təhlükəsi: NATO qırıcıları havaya qaldırıldı

Latviya Milli Silahlı Qüvvələri, Aluksne rayonunda elan edilən PUA hücumu təhlükəsindən sonra Baltikyanı ölkələrin hava məkanını patrul edən NATO qırıcılarını döyüş hazırlığı vəziyyətinə gətirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin LSM dövlət teleradiosu Milli Silahlı Qüvvələrə istinadən məlumat yayıb.

"Latviyanın hava məkanına qarşı mümkün təhlükə barədə sizə məlumat veririk. Hazırda heç bir əlavə hərəkət tələb olunmur. Vəziyyət dəyişərsə, lazımi tədbirlər barədə bildiriş alacaqsınız", — deyə Milli Silahlı Qüvvələrin xəbərdarlığında bildirilir.

LSM-in məlumatına görə, həyəcan siqnalı yerli vaxtla saat 04:59-dan 06:25-dək davam edib. Vətəndaşların telefonlarına ölkənin hava məkanında yarana biləcək təhlükə barədə bildiriş göndərilib.

Məryəm Quliyeva