09:30
770
İyunun 8-nə keçən gecə hava hücumundan müdafiə vasitələri Rusiya regionları üzərində Ukraynaya məxsus 310 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, düşmən dronları Belqorod, Bryansk, Kursk, Rostov, Volqoqrad, Saratov, Oryol, Tula, Lipetsk, Kaluqa, Ryazan vilayətləri, Krasnodar diyarı, Moskva regionu, Krım Respublikası, həmçinin Qara və Azov dənizləri akvatoriyası üzərində məhv edilib.
Məryəm Quliyeva