09:39
742
ABŞ-ın İsrail üzərində təsir gücünün böyük olduğu bir gerçək olsa da, bu münasibətlərdə bir yerə qədər həqiqət payı var. İsrailin nəticə etibarilə son qərar vermə hüququ həmişə özündə olub. Trampın qeyd etdiyi məsələ, yəni Netanyahunun ABŞ-nin İranla istənilən razılaşmanı qəbul edəcəyi isə müəmmalı məsələdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranla razılaşması hələlik mümkün görünmür. İranın İsrailə raket hücumu daxili auditoriyaya hesablanmış oyun olsa da, görünən odur ki, İran rejimi razılaşmaya yaxınlaşır.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
"Məsələ ondadır ki, İsrailə edilən hücumun şouya çevrilməsi, iranlı kütlənin gözü qarşısında nümayişkaranə şəkildə edilməsi onu göstərir ki, rejim ABŞ-la razılığa yaxınlaşır. Trampın da bu hücuma göstərdiyi reaksiya belə fikirləşməyə əsas verir. İsrailin də bu raketləri zərərsizləşdirməsi bu hücumun pərdə arxasında razılaşdırıldığına şübhələri artırır. İranın nüvə məsələsindən əl çəkməsi məğlub fonda ola bilməz. İran daxili auditoriyanın gözündə qalib fonda bunu etməlidir.
Hesab edirəm ki, Tramp bu fikri İsrail tərəfi ilə razılaşdlrmadan söyləməz. Görünən odur ki, ortada danışılmış döyüş var və yaxın zamanda razılaşma əldə edilə bilər. İsrail də bunu qəbul edəcək" politoloq deyib.
Cavid