ABŞ-nin İordaniyadakı səfirliyi vətəndaşlarını sığınacaqlara çağırıb Gündəm

ABŞ-nin İordaniyadakı səfirliyi vətəndaşlarını sığınacaqlara çağırıb

ABŞ-nin İordaniyadakı səfirliyi, ölkənin hava məkanına raketlərin, pilotsuz uçuş aparatlarının (PUA) və ya mərmilərin daxil olması barədə xəbərlərdən sonra bazar günü təhlükəsizlik xəbərdarlığı dərc edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.

Diplomatik missiya ABŞ vətəndaşlarını dərhal sığınacaq tapmağa və növbəti bildirişə qədər təhlükəsiz yerdə qalmaya çağırıb.

İordaniya, regionda İran, İsrail və onlara müttəfiq qruplaşmaların iştirakı ilə baş verən qarşıdurma dövrlərində artıq dəfələrlə raket və dronların hərəkət marşrutu üzərində yer alıb.

Məryəm Quliyeva