NATO qırıcısı Latviyanın hava məkanında dronu məhv edib Dünya

NATO qırıcısı Latviyanın hava məkanında dronu məhv edib

İyunun 8-də Latviyanın hava məkanında pilotsuz uçuş aparatı (dron) təhlükəsi elan edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" nəşri məlumat yayıb.

Bununla bağlı xəbərdarlıq göndərilib. Nəşrin məlumatına görə, təhlükə Ludza, Balvi və Aluksne bələdiyyələrini əhatə edib.

Latviya Silahlı Qüvvələri "X" sosial şəbəkəsində məlumat verib ki, NATO-ya məxsus qırıcı təyyarə Latviyanın hava məkanında aşkar edilən pilotsuz uçuş aparatını məhv edib.

Məryəm Quliyeva