Netanyahunun ofisi: İran və Livandan gələn hər bir atəşə cavab veriləcək Dünya

Netanyahunun ofisi: İran və Livandan gələn hər bir atəşə cavab veriləcək

İsrail İran və ya Livan ərazisindən edilən istənilən zərbəyə cavab vermək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib.

"İran tərəfindən atılan hər bir atəşə güclü cavab veriləcək. Livandan edilən hər bir atəş isə Dahiyəyə (Beyrutun cənub şəhərətrafı qəsəbəsi) zərbə ilə nəticələnəcək", — deyə o, özünün "Telegram" kanalında yazıb.

Məryəm Quliyeva