İranda müharibənin başlanğıcından bəri 29 gəmiyə hücum edilib Dünya

İranda müharibənin başlanğıcından bəri 29 gəmiyə hücum edilib

ABŞ-İsrail və İrana arasında müharibənin başlanğıcından bəri Fars körfəzində 29 gəmiyə hücum edilib.

APA xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) tərəfindən dərc edilmiş 28 fevral - 8 iyun tarixlərini əhatə edən statistik hesabatda bildirilib.

"UKMTO Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində fəaliyyət göstərən gəmilərlə bağlı 54 hadisə barədə məlumat alıb", - məlumatda deyilir.

Buraya 29 hücum, 23 şübhəli fəaliyyət və iki qaçırma hadisəsi daxildir.